Azərbaycan Respublikası Energetika Nazirliyi yanında İctimai şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyasının 25 fevral 2021-ci il tarixli iclas protokolunun qərarına əsasən İctimai Şuraya seçkilərin keçirilməsi vaxtı 18 mart 2021-ci il tarixi müəyyən olunmuşdur.

Bu barədə QHT.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 Bununla yanaşı, seçkidə iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının da qeydiyyatına başlanılmışdır.  Əsasnamənin 3.2-ci bəndinə əsasən birgə yığıncaqda təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək, həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət etməlidirlər. Qeyd ediləni nəzərə alaraq, seçkilərdə iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutları 8 mart 2021-ci il tarixinə qədər seçicinin şəxsiyyət vəsiqəsi və digər tələb olunan məlumatları [email protected] email ünvanına göndərə bilərlər.