QHT.az xəbər verir ki, “Prioritet” Sosial-İqtisadi  Araşdırmalar Mərkəzi İB Azərbaycan Açıq Hökumət Platforması ilə birlikdə “İctimai iştirakçılıq haqqında” qanuna və “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə əlavə və dəyişikliklər hazırlayıb. Bu əlavə və dəyişikliklərin hazırlanmasında məqsəd sözügedən qanun və Əsasnamənin normalarını praktikada tətbiqi zamanı meydana çıxan suallara aydınlıq gətirilməsi, çətinliklərin aradan qaldırılması, son nəticədə daha effektiv ictimai iştirakçılıq və ictimai nəzarətin təşkilinə nail olmaqdır

 

Vətəndaş Cəmiyyəti nümayəndələri bu müzakirələrə qoşulmağa və dəyərli fikirlərinizi bölməyə  dəvət edilir.

Bu müzakirələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltıniqlə birgə  icra olunan, proqram çərçivəsində həyata keçirilən “Dövlət qurumları yanında İctmai Şuraların yaradılması və ona dəstək verilməsi” layihəsi üzrə təşkil olunur.

Onlayn müzakirələr 21 may 2021-ci il tarixdə saat 11.00-dan-13.00-dək Zoom vasitəsilə keçiriləcək.

Join Zoom Meeting

https://zoom.us/j/7825609795?pwd=ejVWdnJ2VlJ3Yjh6QlRvUkZQcHM3Zz09

 Meeting ID: 782 560 9795

 

Passcode: MJdia4

 

Gündəlik əlavə olunur

 

 

Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT)

 

Dövlət qurumları yanında İctmai Şuraların yaradılması və ona dəstək verilməsi” layihəsi

 

“İctimai iştirakçılıq haqqında qanunvericiliyə əlavə və

dəyişikliklərlə bağlı onlyan Dəyirmi masa müzakirələri”

 

21 may 2021, Azərbaycan, Bakı

 

GÜNDƏLİK

 

11.00 – 11.10

Salamlama

 

Ø  Əliməmməd Nuriyev, AHP milli koordinatoru (moderator)

Ø  Məhəmməd Quluzadə, MG Consulting şirkətinin direktoru

 

11.10 – 11.30

Təkliflərin təqdimatı- Zaur İbrahimov “Prioritet” Sosial-İqtisadi  Araşdırmalar Mərkəzi İB sədri

11.30 – 11.50

 

Sual-cavab

11.50 – 13.00

 

Müzakirələr və yekun