“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda erkən nikah hallarının azaldılmasına dəstək verilməsi” layihəsini Bərdə rayonunda uğurla davam etdirir.
04.04.2023-cü il tarixində saat 15.00-da Bərdə rayonunda Humanitar Kollecinin binasında layihə çərçivəsində “Erkən nigah və onun sağlamlığa təsiri ” mövzusunda tədbir keçirildi.Tədbiri giriş sözü ilə Bərdə rayon İcra Hakimiyyətinin İctimai –Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov açdı .O qonaqları təqdim etdi və sözü layihə rəhbərinə verdi. Layihə rəhbəri Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihəin məqsədlərini açıqladı.
Ekspert T.Dadaşov erkən nigah və onun fəsadları barədə ətraflı məlumat verdi. O bildirdi ki,” erkən nigahla bağlı bütün istiqamətlərdə işimizi gücləndirməliyik. Bu problemin qarşısının alınması üçün əlimizdən gələn hər bir şeyi – ictimai səfərbərlikdən, ictimai qınaqdan tutmuş qanunlarımızın təkmilləşməsinə və möhkəmlənməsinə qədər bütün işlər görülməlidir. Bu prosesdə müəllim –pedaqoqların fəaliyyəti,həmçinin məktəb-valideyn işbirliyi də mühüm amillərdən biridir.
Psixoloq A.İmanova erkən nigah probleminin olması bəzi insanların erkən nigahın fəsadlarından xəbərsz ,savadsız olması ilə əlaqələdirdi.Bildirdi ki, ” Erkən nigahların əsas psixoloji səbəbi balaca qızların stereotiplərlə ,yerli adət ənənələrə uyğun böyüdülməsi ,onların “gələcək gəlin”obrazına uyğun tərbyələndirilməsidir.Buda ona gətirib çıxarır ki,azyaşlı qızların özləri də nigaha maraqlı olurlar. Onlar ailə həyatını öz xəyallarında rahat həyat kimi canlandırırlar.
Sonda müzakirələr oldu və suallar cavablandırıldı. İştirakçılardan Bərdə rayon İcra Hakimiyyətinin İctimai –Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinə onların ərazisində maarifləndirmə aparıldığına görə təşəkkür etdilər.












