Fransa Milli Məclisinin sessiyası başlamazdan əvvəl Türkiyədə baş verən zəlzələdə həyatını itirənlər və onların yaxınları üçün bir dəqiqəlik sükutla yad edilib.
QHT.az xəbər verir ki, pisentri Qəhrəmanmaraş olan və ümumilikdə 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyəyə həmrəylik mesajları göndərilir.

Fransa Milli Assambleyasının deputatları parlamentin sədri Yael Braun-Pivetin çağırışı ilə zəlzələlərdə həyatını itirənlərin və onların yaxınlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İclasda çıxış edən Yeal Braun-Pivet deyib: “Minlərlə bina uçub, şaxtalı soyuqda bir çox ailə evsiz qalıb. Fransa zəlzələdən zərər çəkmiş insanlara təcili yardım göstərmək üçün tərəfdaşları ilə səfərbər olur. "Fransa xilasetmə qrupları işdə iştirak etmək üçün sahədədir" dedi.