Fransanın RTL radiosunun xəbərinə görə, Aisne əyalətinin Şarli-sür-Marn qəsəbəsində 9 nəfərlik bir ailənin evində yanğın baş verib.

QHT.az xəbər verir ki, yanğın zamanı ana və 2-14 yaşlarında olan 7 uşağı ölüb.

Yanğında bədəninin bir çox yerlərindən ağır yanıqlar alan ata xəstəxanaya aparılıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər və jandarma qrupları yanğını söndürüb. Səlahiyyətlilər yanğınla əlaqədar araşdırma başlatdı.