İndoneziya hökuməti, Telegram-ı pornoqrafiya və qumar oyunlarının yayılması üçün istifadə edildiyi iddiası ilə bloklamağı düşünür.
QHT.az xəbər verir ki, Rabitə və İnformasiya Naziri Buri Ari Setiadi, platforma rəhbərliyinə xəbərdarlıq göndərildiyini, lakin qeyri-adekvat cavab alındığını bildirib. Eyni zamanda, Bigo Live tətbiqini də bloklamaq planlaşdırılır. Jakarta polisi yaxınlarda Telegram vasitəsilə uşaq pornoqrafiyası yayan bir qrupu ifşa edib. Hindistan və Türkiyə də Telegram-ı qanun pozuntuları ilə bağlı araşdırır, Avropa ölkələri isə platformanın cinayətlə mübarizədəki rolundan narazıdır.
Telegram-ın qurucusu Pavel Durov Fransada qeyri-qanuni istifadəyə görə ittiham olunub və məhkəmə nəzarətinə alınıb.












