Telegram-ın baş direktoru Pavel Durov həbsdən azad edildikdən sonra Parisdəki məhkəməni tərk edib.
QHT.az xəbər verir ki,Durov məhkəmədə səkkiz saatdan çox vaxt keçirib, bundan sonra Paris Prokurorluğu onun zaminə buraxılmasının mümkünlüyünü açıqlayıb. Paris Prokurorluğu bildirib ki, Durov məhkəmə nəzarətinə götürülüb, onun Fransanı tərk etməsi qadağan edilib və 5 milyon avro (5,5 milyon dollar) məbləğində girov ödəməlidir.
Onun vəkili David-Olivier Kaminski bildirib ki, Durov hələ Fransa ədliyyə sisteminin tələb etdiyi girov pulunu göndərməyib, lakin tezliklə bunu edəcək.
Pərvanə Fərhadqızı












