Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin həyata keçirdiyi "Gənc ailələrdə uşaqların zorakılıqdan müdafiəsi" adlı layihə çərçivəsində yeni bir videoçarx hazırlanıb.
QHT.az xəbər verir ki, bu videoçarxın məqsədi cəmiyyətin diqqətini uşaqların zorakılıqdan müdafiəsinə yönəltmək və gənc ailələrə maarifləndirici dəstək verməkdir. Layihə çərçivəsində ailədaxili zorakılıqla mübarizə və uşaqların təhlükəsiz böyümə mühitinin təmin edilməsi haqqında maarifləndirici məlumatlar təqdim olunur. Videoçarxda səsləndirilən fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi baxışını əhatə etməyə bilər.
Layihə gənc ailələrin uşaqlarını qorumaq məqsədilə atılan vacib addımlardan biri kimi diqqət çəkir və cəmiyyətin bu məsələyə həssas yanaşmasını təşviq edir.
Pərvanə Fərhadqızı












