World Biznes Mərkəzində, Milli QHT Forumunun ofisində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən hazırlanmış "Sahibkar Qadın Portreti" kitabının təqdimatı keçirilib. Tədbirdə "Sahibkar Qadınların Milli İnkişaf Strategiyası"nın müzakirəsi aparılıb və 10 qadın sahibkara "Biznes-Plan" təqdim edilib.
QHT.az xəbər verir ki, bu barədə Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva məlumat verib. Onun sözlərinə görə, təqdimat mərasimində qadın sahibkarların iqtisadi inkişafda rolu və onların dəstəklənməsi mövzusu diqqət mərkəzində olub. İştirakçılar, qadınların sahibkarlıq fəaliyyətlərinin artırılması üçün vacib addımları müzakirə edərək, "Sahibkar Qadınların Milli İnkişaf Strategiyası"nın əhəmiyyətini vurğulayıblar.
"Biznes-Plan" təqdimatında iştirak edən qadın sahibkarlar, öz layihələrini təqdim edərək, gələcəkdəki iqtisadi imkanlar və əməkdaşlıqlar barədə fikir mübadiləsi aparıblar. Tədbir, qadın sahibkarların motivasiyasını artırmaq və onların iqtisadiyyata olan təsirini gücləndirmək məqsədini güdür. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, bu cür təşəbbüslərlə qadınların iqtisadi aktivliyini artırmağa yönəlik fəaliyyətlərini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, bu tədbir, qadınların biznes sahəsində daha geniş yer tutmasına dəstək olmaq məqsədini güdür və gələcəkdə də belə təşəbbüslərin davam etdiriləcəyini bildirir.
Pərvanə Fərhadqızı












