“Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanda gənclər siyasəti bu gün yeni mərhələyə daxil olub. Ötən illər ərzində Azərbaycanda  uğurlu gənclər və könüllülər hərəkatı formalaşıb. Gənclər üçün müxtəlif proqramlar icra olunur. Təhsil ilə bağlı əlçatanlıq yüksək səviyyədədir. Bütün bu inkişafı biz izləmişik.”

Bu fikirləri QHT.az-a açıqlamasında   Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin  sədri Zülfiyyə Nuriyeva bildirib.

Təşkilat sədri qeyd edib ki,  bugünkü gənclik də göstərilən diqqət və qayğının haqqını verir. Çox savadlı, vətənpərvər və inkişaf etmiş gənclərimiz var.

“Ali baş komandanın rəhbərliyi və gənclərimizin qəhrəmanlığı müqabilində Qarabağ və ətraf rayonlar işğaldan azad edildi. Mən bir Azərbaycanlı olaraq övladlarımızla, gənclərimizlə fəxr edirəm. Gənclərin hərtərəfli inkişafı Azərbaycanın uğurlu gələcəyinin davamının qarantisidir.”