Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının tərəfdaşlığı ilə 1 fevral 2024-cü il tarixində, 2 fevral Gənclər Gününə həsr olunmuş “Gəncin səsi” adlı layihə təşkil olunub.
QHT.az xəbər verir ki, SKY Konfrans Mərkəzində təşkil edilən görüşün açılış mərasimində iştirak edən rəsmilər və qonaqlar dövlətin gənclər üçün yaratdığı imkanlardan, bu imkanların gənclər üçün əlçatanlığından, gənclərin fəal vətəndaşlıq-fəal gənclik, dövlət siyasəti haqqında fikirlərini gənclərlə bölüşmüşlər.
Panel görüşdə rəsmi qonaqlardan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İctimai inkişaf sektorunun müdiri Elşən Qəhrəmanov, Azərbaycan Respublikası Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri Ülvi Adgözəlov, ARB kanalının aparıcı jurnalisti Jalə Həsənli, Yüksəliş müsabiqəsinin qalibi, Bakı Ali Neft Məktəbinin Keyfiyyətin təminatı şöbəsinin rəhbəri Güldanə Hidayətli iştirak ediblər.
Qeyd edək ki, Panel görüşdən sonra gənclər qrup şəklində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekologiya ilə bağlı keçirmək istədikləri layihələrini yazmış və münsiflər heyətinə təqdim edərək mükafatlar əldə etmişlər. 1-ci yerin qalibi olan komandaya “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfindən layihənin həyata keçirilməsi maliyyə dəstəyinin olunacağı deyilib.












