“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 02 fevral  2024-cü il tarixində Maştağa qəsəbəsi C.Cabbarlı  adına  187 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım" layihəsinin növbəti tədbirini  keçirdib.

Layihə rəhbəri Namiq Nəcəfov QHT.az –a bildirib ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icrasına  01 dekabr 2023-cü ildən başlayaraq  Sabunçu rayonu  Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9  tam orta məktəbin  kontinqenti sirasından  könüllülük prinsipi əsasında, qabiliyyət və bacarıqları ilə seçilən, çalışqan, intizamlı şagirdlər qoşulmuşlar. 02 fevral 2024-cü il tarixində, layihənin İcra Planına uyğun olaraq, Maştağa qəsəbəsi  C.Cabbarlı adına 187 № li tam orta məktəbin kitabxanasında,  layihənin növbəti  təqbiri keçirilmişdir.

Tədbirdə layihə iştirakçılarınin Ulu Öndərin əziz xatirəsinə  olan dərin ehtiramını əks etdirən esse yazılarına  keçirilmiş baxışın nəticələri müzakirə olunmuşdur. Tədbiri, giriş sözü ilə, layihənin rəhbəri Namiq Nəcəfov açdı. O, bildirdi ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun 17-ci qrant müsabiqəsi çərçivəsində keçirilir. N.Nəcəfov tədbir iştirakçılarına layihə çərçivəsində şagirdlərin tətil günlərində, evdə, hazırladıqları esse yazıları barədə məlumat verdi. Sonra məzmun baxımından daha əhatəli olan  esse yazılarını tədbirə toplaşanların diqqətinə çatdırdı.

Layihə rəhbəri N.Nəcəfov esse yazılarını baxış üçün hazırlamış 11 nəfər  şagirdə təşəkkürünü birdirdi və onlara təhsildə müvəffəqiyyətlər arzuladı. Məmmədova G, Mikayıl -zadə F, Hüseynli  G, Həsənova S. 11 şagirdin hər birinə layihə çərçivəsində “Oriqami təşkilatı tərəfindən hazırlanmış  hədiyyələrin təqdim olunmasında iştirak etdilər. Tədbirdə C. Cabbarlı adına 187 № li tam orta məktəbin direktoru G..Məmmədova,fənn müəllimləri Mikayıl-zadə F., Hüseynli G.,Məmmədova S., UBTR Məhərrəmli X., iştirak edirdilər.

Layihə rəhbəri N.Nəcəfov C.Cabbarlı adına 187 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icra olunması üçün yaradılan şəraitə görə məktəbin direktoru  G.Məmmədovaya  çərçivəli Təşəkkürnamə təqdim etdi.