Kanada Xarici İşlər Nazirliyi Çinin Ottavadakı səfirini ABŞ üzərində uçan Çin şarına görə çağırıb.
QHT.az xəbər verir ki, bu barədə Çinin “Global News” nəşri məlumat yayıb.
“Bu vəziyyətlə əlaqədar Çinin Kanadadakı səfiri Xarici İşlər Nazirliyinin rəsmiləri tərəfindən çağırılıb”, - XİN-dən bildirilib.
Fevralın 3-də Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, ABŞ ordusu bir neçə gündür ki, ölkənin şimal hissəsi üzərində Çinin şübhəli kəşfiyyat şarını izləyib.
Daha sonra Çin Xarici İşlər Nazirliyi ABŞ-ın üzərində görünən şarın həqiqətən də Çindən gəldiyini bildirib. Diplomatlar qeyd ediblər ki, bu, külək səbəbindən marşrutdan kənara çıxması səbəbindən Birləşmiş Ştatların ərazisi üzərində dayanan mülki elmi tədqiqat maşınıdır.
ABC News-un məlumatına görə, bu vəziyyətə görə ABŞ dövlət katibi Entoni Blinkenin gələn həftə Çinə planlaşdırılan səfəri təxirə salınıb.












