Amerikanın Milli Demokratiya İnstitutunun (NDI) qeyri-hökumət təşkilatının sorğusunda iştirak edən Gürcüstan vətəndaşlarının 38%-nin fikrincə, Gürcüstan hakimiyyəti Avropa İttifaqına inteqrasiya üçün yetərli addımlar atmır.
QHT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Araşdırmaya görə, respondentlərin yalnız 30%-i Gürcüstan hakimiyyətinin hərəkətlərinin Avropaya inteqrasiyaya töhfə verdiyini qeyd edib. Respondentlərin 18%-i hesab edir ki, hakimiyyət bu məqsədə çatmaq üçün heç nə etmir.
Eyni zamanda, sorğuda iştirak edən Gürcüstan vətəndaşlarının 81%-i Aİ-yə üzvlüyün tərəfdarıdır.
Ümumilikdə tədqiqatda 2,5 min insan iştirak edib.
Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, vətənində həbsdə olan Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili ətrafında yaranmış vəziyyətin Avropa Parlamenti tərəfindən pislənməsi çətin ki, dövlətin Avropa gələcəyini müəyyən etsin.
Gürcüstan prezidentinin qeyd etdiyi kimi, Avropanın Tiflislə bağlı strateji qərar verməsinin vaxtı çatıb, çünki respublika Avropaya inteqrasiya yolunda uğursuzluğa yol verə bilməyəcək.
Eyni zamanda, Zurabişvili Saakaşvilini əfv etmək hüququndan istifadə edə bilərmi sualına cavab verməkdən yayınıb.
Avropa Parlamentinin üzvü Jacek Sariush-Wolski bildirib ki, respublikanın eks-prezidenti Mixail Saakaşvili həbsdə ölərsə, AP Gürcüstanın Aİ-yə üzvlük ərizəsini təsdiq etməyəcək.












