Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanın paytaxtı Kiyevə gedib.
QHT.az xəbər verir ki, Avropa Komissiyasının sədri Leyen sosial media hesabında paylaşıb: “Rusiyanın işğalından sonra dördüncü dəfə Kiyevdə olmaq yaxşıdır. Bu dəfə mən öz nümayəndə heyətimlə gəldim. Biz Aİ-nin həmişə olduğu kimi Ukraynanın yanında olduğunu göstərmək üçün buradayıq. Biz dəstəyimizi və əməkdaşlığımızı daha da dərinləşdirmək üçün gəlmişik”.












