Avstriya Xarici İşlər Nazirliyindən verilən açıqlamada 2-si Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən akkreditə olunmuş 4 rusiyalı diplomatın ölkədən çıxarılacağı bildirilib.

QHT.az xəbər verir ki, Qərb ölkələri Rusiya Ukraynanı işğal etdikdən sonra öz ölkələrində rusları deportasiya etməyə davam edir. Avstriya Xarici İşlər Nazirliyindən verilən açıqlamada 2-si Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən akkreditə olunmuş 4 rusiyalı diplomatın ölkədən çıxarılacağı bildirilib. Nazirlik bəyan edib ki, Rusiya səfirliyindəki 2 diplomat “diplomatik statusları ilə bir araya sığmayan hərəkətlər edib”, BMT-nin paytaxt Vyanadakı daimi nümayəndəliyindəki 2 diplomat isə “Qərargah haqqında razılaşmaya uyğun olmayan hərəkətlər edib”. Diplomatlara Avstriyanı tərk etmək üçün bir həftə vaxt verilib.