Noyabrın 2-də Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təlim keçiblər.
QHT.az xəbər verir ki, “Gündəlik həyatda insan hüquqları” və “Sosial mediada təhqir və böhtan” mövzularında keçirilən təlimdə Təhsil Mərkəzinin 25 şagirdi iştirak edib.
Qeyd edək ki, İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı və həmin şöbənin təlimçi-eksperti Heydər Əliyev tərəfindən aparılan təlimdə mövzu ilə yanaşı, şagirdlərə onların digər hüquqları (AR CM-in 89-cu və 90-cı maddələri), o cümlədən pis rəftardan, hörmətsiz münasibətdən və istismardan müdafiə üsulları izah olunub.












