Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları insan haqlarının və bütün qrupların demokratik proseslərdə iştirakının təşviqinə və vətəndaş cəmiyyətini gücləndirilməsinə yönəlmiş layihə təklifləri ilə müsabiqəyə müraciət edə bilərlər.
QHT.az xəbər verir ki, qrantların məbləği 200.000 ABŞ dollarına qədərdir.
Layihələr aşağıdakı altı sahənin birinə və ya daha çoxuna aid olmalıdır:
- Gənclərin iştirakı;
- Media və ifadə azadlığı;
- Gender bərabərliyi;
- Qanunun aliliyi və insan hüquqları;
- Vətəndaş cəmiyyətinin hökümətlə birgə fəaliyyətinin gücləndirilməsi;
- Seçki prosesləri.
Müraciətlər üçün son tarix: 30 noyabr 2023.
Daha ətraflı məlumat və müraciət üçün linkə keçid edə bilərsiniz.












