Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova “Ailə, qadın və uşaq məsələləri” sahəsində çalışan bəzi QHT-lərlə onlayn görüş keçirib. 

 

QHT.az xəbər verir ki, bu barədə Müşahidə Şurasının üzvü öz facebook səhifəsində məlumat verib:

 

“Bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Ailə, Qadın, Uşaq və Gender məsələləri üzrə əlaqələndirici olaraq bir çox QHT rəhbərləri ilə görüşümüz oldu. Təkliflər və tövsiyyələr üçün təşəkkür edirəm. Görüşlər davamlı olacaqdır. Növbəti görüşlərdə iştirak etmək istəyən QHT - lər lütfən şərh hissəsində qeyd edin.”

 

Qeyd edək ki, görüşdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru  Fuad Dərgahlı da iştirak edib.