Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova “Ailə, qadın və uşaq məsələləri” sahəsində çalışan QHT-lərlə onlayn görüş keçirəcək.
QHT.az xəbər verir ki, bu barədə Müşahidə Şurasının üzvü öz facebook səhifəsində QHT nümayəndələrinə müraciət ünvanlayıb:
“Hörmətli QHT sədrləri!
Mən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olaraq Ailə, qadın və uşaq məsələləri ilə bağlı istiqamətdə əlaqələndiriciyəm. Xahiş edirəm ki, nizamnaməsində fəaliyyət istiqaməti bu sahəyə aid olan QHT-lərin rəhbərləri statusa şərh yazaraq təşkilatlarının adını qeyd eləsin. Tez bir zamanda online görüş keçiriləcək”
Qeyd edək ki, Mayın 6-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclasında MŞ üzvlərinə müxtəlif sahələr üzrə iş bölgüsü haqqında qərar qəbul edilib.
MŞ üzvləri olan QHT rəhbərlərinin cavabdeh olduğu sahələr:
1) İnsan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə məsələləri - Əvəz Həsənov, Zaur İbrahimov;
2) Ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə məsələləri - Azər Allahverənov, Nurəddin Mehdiyev;
3) Elm, təhsil, mədəniyyət və Azərbaycançılığın təşviqi məsələləri - İlqar Orucov, İsrayıl İsgəndərov;
4) Sosial (şəhid ailələri, müharibə veteranları və əlilliyi olan şəxslər) və iqtisadi məsələlər - Nurəddin Mehdiyev, İlqar Orucov;
5) Ailə, qadın, uşaq və gender məsələləri - Günel Səfərova, Əvəz Həsənov;
6) Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi və təşviqi məsələləri - İsrayıl İsgəndərov, Günel Səfərova;
7) Açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri - Zaur İbrahimov, Azər Allahverənov
|
|
№
|
Müşahidə Şurasının üzvünün adı
|
Əlaqələndirdiyi fəaliyyət istiqaməti
|
Əlaqələndirdiyi fəaliyyət istiqaməti üzrə görüləcək işlər
|
|
|
1
|
Azay Quliyev,
Sədr
|
Ümumi rəhbərlik
|
Müşahidə Şurasının işinin təşkili
|
|
|
2
|
Vüsal Quliyev, sədr müavini
|
Dövlət orqanları ilə fəaliyyətin əlaqələndirilməsi
|
- Dövlət orqanları ilə fəaliyyəti əlaqələndirir;
- Agentliyin və icraçı direktorun fəaliyyətinə nəzarəti həyata keçirir və bununla bağlı təkliflər verir;
- QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və QHT-lərin institusional inkişafı istiqamətində təkliflər hazırlayır;
- İctimai nəzarətin tətbiqində QHT-lərin iştirakını təşviq edir.
|
|
|
3
|
İlqar Məmmədov, üzv
|
QHT-lərin institusional inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi məsələləri
|
- Agentliyin və icraçı direktorun fəaliyyətinə nəzarəti həyata keçirir və bununla bağlı təkliflər verir;
- QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və QHT-lərin institusional inkişafı istiqamətində təkliflər hazırlayır;
- İctimai nəzarətin tətbiqində QHT-lərin iştirakını təşviq edir
|
|
|
4
|
Zakir Hacıyev, üzv
|
QHT-lərin maliyyələşdirilməsi, mühasibatlıq və maliyyə hesabatlılığı məsələləri
|
- QHT-lərin maliyyələşdirilməsi, mühasibatlıq və maliyyə hesabatlılığı ilə bağlı təkliflər verir;
- Agentliyin və icraçı direktorun fəaliyyətinə nəzarəti həyata keçirir və bununla bağlı təkliflər verir;
- QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və QHT-lərin institusional inkişafı istiqamətində təkliflər hazırlayır.
|
|
|
5
|
Əvəz Həsənov,
Zaur İbrahimov, üzv
|
İnsan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə məsələləri
|
- Bu istiqamətdə müsabiqə mövzularının müəyyən edilməsi məqsədilə müvafiq QHT-lərlə ictimai müzakirələri təşkil edir və müsabiqə mövzuları haqqında təklifləri Müşahidə Şurasına təqdim edir;
- Bu istiqamətdə keçirilən qrant müsabiqəsinin nəticələrinə dair arayışların hazırlanmasına rəhbərliyi həyata keçirir və həmin arayışları Müşahidə Şurasına təqdim edir;
- Bu istiqamətdə keçirilən qrant müsabiqəsinin nəticələrinə dair apelyasiya müraciətlərinin baxılmasında iştirak edir;
- Bu istiqamətdə maliyyələşdirilən layihələrin icra vəziyyətinin monitorinqində və nəticələrinin qiymətləndirilməsində iştirak edir;
- Bu istiqamətdə QHT-lərin səmərəli fəaliyyətinin təşkili ilə bağlı təkliflər hazırlayır;
- Bu istiqamətdə dövlət büdcəsinin vəsaiti hesabına ayrılan qrantlardan QHT-lər tərəfindən təyinatı üzrə istifadə olunmasına nəzarətin həyata keçirilməsində iştirak edir;
- Bu istiqamət üzrə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərində QHT-lərin iştirakını təşviq edir və bu sahədə beynəlxalq donorlarla əlaqələr qurur;
- Bu istiqamət üzrə ictimai nəzarətin tətbiqində QHT-lərin iştirakını təşviq edir;
- Bu istiqamətdə könüllülük fəaliyyətini təşviq edir;
- Bu istiqamətdə Agentliyin məsul olduğu müvafiq dövlət proqramları və milli fəaliyət planlarının icrasına nəzarət edir, bu qəbildən olan sənəd layihələrinə rəy və təkliflər verir;
- Bu istiqamətdə qrant verə bilən qurumlar tərəfindən razılaşdırılması üçün Agentliyə təqdim olunan müsabiqə mövzularına və layihələrə dair rəyin verilməsində iştirak edir;
- Bu istiqamət üzrə əlavə vəsaitin cəlb edilməsi üçün dövlət-özəl və QHT-lər arasında üçtərəfli tərəfdaşlığı təşviq edir;
- Agentliyin və icraçı direktorun fəaliyyətinə nəzarəti həyata keçirir və bununla bağlı təkliflər verir;
- QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və QHT-lərin institusional inkişafı istiqamətində təkliflər hazırlayır;
- Bu istiqamət üzrə QHT-lərə məlumatlandırma, konsultativ və metodiki dəstəyin verilməsində iştirak edir;
- Bu istiqamət üzrə daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;
- İldə iki dəfə fəaliyyət istiqaməti ilə bağlı Müşahidə Şurasına hesabat verir və Agentliyin həyata keçirdiyi işlər haqqında ictimaiyyəti məlumatlandırır;
- Bu istiqamət üzrə fəaliyyət göstərən QHT-lərin sosial şəbəkələrdə müzakirə platformalarını yaradır və aktual məsələlərin ictimai müzakirəsini təşkil edir;
- Mətbuatda və sosial mediada Agentliyin fəaliyyəti ilə bağlı qaldırılan məsələlərə münasibət bildirir və bu barədə Müşahidə Şurasını məlumatlandırır;
- Ayda bir dəfə bu istiqamət üzrə fəaliyyət göstərən QHT nümayəndələrini qəbul edir
|
|
|
6
|
Azər Allahverənov,
Nurəddin Mehdiyev, üzv
|
Ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə məsələləri
|
|
|
7
|
İlqar Orucov,
İsrayıl İsgəndərov, üzv
|
Elm, təhsil, mədəniyyət və Azərbaycançılığın təşviqi məsələləri
|
|
|
8
|
Nurəddin Mehdiyev,
İlqar Orucov, üzv
|
Sosial (şəhid ailələri, müharibə veteranları və əlilliyi olan şəxslər) və iqtisadi məsələlər
|
|
|
9
|
Günel Səfərova,
Əvəz Həsənov, üzv
|
Ailə, qadın, uşaq və gender məsələləri
|
|
|
10
|
İsrayıl İsgəndərov,
Günel Səfərova, üzv
|
Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi və təşviqi məsələləri
|
|
|
11
|
Zaur İbrahimov,
Azər Allahverənov, üzv
|
Açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri
|