Pəhriz insanın yuxu keyfiyyətinə təsir göstərir. Mütəxəssislərinin fikrincə, yuxu bu və ya digər məhsulu yeməklə yaxşılaşdırıla bilər. 

QHT.az xəbər verir ki, Yaxşı yatmağınıza kömək edəcək yeddi məhsulun adını çəkdilər. Bunlara pendir, albalı, az şəkərli dənli bitkilər, banan, badam, maqnezium və omeqa-3 ilə zəngin qidalar daxildir.

Pendir və digər süd məhsullarının tərkibində daha asan yuxuya getməyə kömək edən amin turşusu olan triptofan və stressi azaltmağa kömək edən kalsium var.

Maqneziumla zəngin qidalara gəldikdə, bunlara balqabaq toxumu, ispanaq, badam və qara şokolad daxildir. Omeqa-3 balıq, çia toxumu və kətan toxumunda olur.

Mütəxəssislər məsləhət görürlər ki, qanda şəkərin səviyyəsinin qalxmaması və qida həzmi zamanı baş verə biləcək bədən istiliyinin artmasının qarşısını almaq üçün son yeməyi yatmadan ən azı iki saat əvvəl təyin etmək lazımdır.

Bundan əlavə, yağlı və ədviyyatlı qidalardan uzaq durmaq lazımdır. Mütəxəssislərin fikrincə, spirt, kofein və tütün kimi yaxşı yuxuya mane ola biləcək ürək yanması və həzm pozğunluğuna səbəb ola bilər.

 

Pərvanə Fərhadqızı