Alimlərin fikrincə, insan təxminən yarım əsrdən sonra belə görünəcək, çünki hamımız vaxtımızın çox hissəsini kompüter, telefon qarşısında keçiririk.
QHT.az xəbər verir ki, bundan əlavə, həkimlər gələcəkdə insanın əyri onurğaya sahib olacağını deyirlər. İlk dəyişikliklər şəhər sakinləri olacaq, insanlar balacalaşacaq, əzələləri kiçiləcək. Həmçinin beyin də kiçiləcək. Fiziki hərəkətsizlik, fiziki fəaliyyət mədəniyyətinin azalması səbəbindən insanlar piylənmədən əziyyət çəkəcək. Buna görə də həkimlər idman zalında məşq etməyi, hovuzda üzməyi və ya gündəlik 10 min addım getməyi sevməyənlərə ev heyvanı almağı məsləhət görür, çünki gəzmək lazımdır.
Pərvanə Fərhadqızı












