Tekirdağda yoldan keçən maşınlardan atıldığı ehtimal edilən siqaret kötüyündən çıxan yanğın nəticəsində 20 hektar arpa külə dönüb.

QHT.az xəbər verir ki, hadisə, Hatip Mahallesi Karatepe mövqeyində meydana gəldi. Çorlu Kənd Təsərrüfatı Palatasının sədri Əli Topuzun əkdiyi 300 dekar arpa sahəsi yanıb. Tüstünün qalxması və yanğının böyüməsi ilə ətrafdakı vətəndaşlar vəziyyəti görüb yanğınsöndürənlərdən kömək istəyiblər. Qısa müddətdə hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğın nəzarət altına alınıb və söndürülüb. 

Qeyd edək ki, yanğın nəticəsində 20 hektar ərazi külə dönüb.

 

Pərvanə Fərhadqızı