“Totalitar sovet rejimi dövründə Azərbaycan ziyalılarının təcavüzə məruz qalan intellektual mülkiyyətləri ilə bağlı geniş elmi araşdırmalar çox zəifdir. Bir çox tanınmış simalarının mənəvi sərvətləri məhz ermənilər tərəfdən təcavüzə məruz qalıb. Bu vaxta qədər bəzi alimlərimiz tərəfindən həmin şəxsiyyətlərin yaradıcılığı, həyatı öyrənilib. Ancaq onların geniş elmi araşdırmaları yetərli deyil. Biz QHT və media təmsilçisi olaraq bu missiyanı yerinə yetirmək istəyirik”.- bu sözləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli QHT.az –a açıqlamasında bildirib.
İctimai xadim qeyd edib ki, “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində bu tədqiqatları aparmağı planlaşdırırıq: “Hədəfimiz ondan ibarətdir ki, XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi sahəsində elmi tədqiqatları davam etdirək. Bu tədqiqatların nəticəsində toplanmış yazıların “XX əsr Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbənin arxasında erməni izləri” kitabını növbəti ildə çap etdirməyi planlaşdırırıq”.
Pərvanə Fərhadqızı












