Virusun yeni variantı yerli və məlum təmaslar olmadan yayılır.
QHT.az xəbər verir ki, Avropada əvvəllər meymun çiçəyi kimi tanınan mpox virusunun mutasiyaya uğramış clade 1b ştammı sürətlə yayılmağa başlayıb. The Telegraph yazır ki, avqustdan bəri İspaniya, Hollandiya, İtaliya və Portuqaliyada ən azı 46 yeni yoluxma qeydə alınıb, halbuki son iki ildə bu rəqəm cəmi 29 idi. Bu ştamm ilk dəfə 2023-cü ilin sonunda Konqo Demokratik Respublikasında aşkarlanmış və kütləvi epidemiya yaratmışdı.
Ekspertlərin bildirdiyinə görə, Avropada artıq bir neçə yoluxma yerli yayılma nəticəsində baş verir və bəzi xəstələrin nə səyahət tarixçəsi, nə də yoluxmuş şəxslə təması olub. Mpox əsasən yaxın fiziki təmasla, xüsusilə cinsi əlaqə yolu ilə ötürülür. Mövcud peyvəndlərin səkkən faizədək qoruma təmin etdiyi bildirilsə də, clade 1b ştammı daha ağır gedişata, o cümlədən irinli səpgilər, yüksək hərarət və bəzi hallarda ölümə səbəb ola bilər. Bu arada tədqiqatçılar Braziliya yarasalarında SARS-CoV-2-yə bənzər yeni koronavirus da aşkar ediblər.
R.İmanov












