İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimlinin sözlərinə görə, “Lukoyl”un Azərbaycan bazarından çıxması ölkə üçün ciddi risk yaratmır, əksinə, Türkiyə və Avropa şirkətlərinin payı əldə etməsi əlavə investisiya və yeni texnologiyaların gəlməsinə imkan aça bilər.

QHT.az xəbər verir ki, o bildirir ki, sanksiyalar səbəbindən “Lukoyl”un defolt riski artdığı üçün şirkətin bazardan çəkilməsi bu təhlükənin Azərbaycana ötürülməsinin qarşısını alacaq:

"Qərb investorlarının prosesə qoşulması Azərbaycanın enerji bazarında mövqelərini gücləndirəcək və ixracın şaxələndirilməsinə töhfə verəcək".

 

Pərvanə Fərhadqızı