ABŞ NATO-nun Avropadakı Birgə Qüvvələrinə komandanlığın gələcəkdə Almaniyaya verilməsini nəzərdən keçirir.

QHT.az xəbər verir ki, bu barədə Berlin Təhlükəsizlik Konfransında ABŞ-ın NATO-dakı nümayəndəsi Metyu Uitaker məlumat verib. O, Avropanın təhlükəsizlik məsuliyyətini artırdığını və Almaniyanın bu rola namizəd ola biləcəyini bildirib.

Hazırda komandanlıq ənənəvi olaraq amerikalı general tərəfindən icra olunur və 2025-ci ildən bu vəzifəni PS Aleksus Qrinkeviç tutacaq. Uitaker belə dəyişikliklə bağlı müzakirələrin yaxın 15 ildə başlaya biləcəyini qeyd edib.