Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən 17 Aprel - Dünya Hemofiliya Gününə həsr edilmiş elmi-praktiki konfrans keçiriləcək.
 
Aztibb.az xəbər verir ki, tədbirdə hemofiliya və digər qeyri-infeksion xəstəliklərə dair müxtəlif mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
 
Qeyd edək ki, konfransda çıxış edənlər Azərbaycanda bu sahədə aparıcı mütəxəssislər sırasındadırlar.