Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının www.hemofiliya.az saytı yeni versiyada təqdim olunub.
QHT.az xəbər verir ki, saytda Assosiasiyanın fəaliyyəti haqqında xəbərlər, video roliklər, elmi nəşrlər və qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların bilgilərini artırmaq üçün faydalı məlumatlar davamlı olaraq yerləşdiriləcək.
Hazırda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının bu günədək gördüyü işlər barədə məlumatlar sayta yerləşdirilir.












