Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 sentyabr 2022-ci il tarixdən başlayaraq “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsinin icrasına başladı. 

Layihə 5 rayonu (Siyəzən, Şabran, Xaşmaz, Qusar, Quba) əhatə etməklə,2 ay müddətində (01.09.2022-01.11 2022-ci il) icra ediləcək. 

Layihənin məqsədi Quba-Xaçmaz İqtisadi rayonunda 100 nəfər sahibkarla (Şiyəzən-20 nəfər, Şabran-20 nəfər, Xaçmaz-20 nəfər, Quba-20 nəfər, Qusar-20 nəfər) görüşərək,  investisiya və ixracla bağlı dövlət qurumlarının həyata keçirdiyi dəstək fəaliyyətləri müzakirə edilməsi və sahibkarların dövlətdən gözlədiyi iqtisadi dəstəklərin öyrənilməsindən ibarətdir.