Hindistanda parlament seçkilərinin ikinci mərhələsində səsvermə başlayıb, 160 milyona qədər insan səs verə biləcək.
QHT.az xəbər verir ki, Hindistanda seçkilər ənənəvi olaraq çoxlu sayda seçici, seçki rəsmilərini və səsvermə maşınlarını yerləşdirmək imkanlarının məhdudluğu və bəzi bölgələrdə əlçatmazlıq səbəbindən bir neçə mərhələdə keçirilir. Səsvermənin ilk günü aprelin 19-da əhəmiyyətli insidentsiz baş tutub. İyunun 1-dək daha beş mərhələ olacaq.
Seçki komissiyası əməkdaşlarının və hüquq-mühafizə orqanlarının hərəkəti üçün 3 helikopter, 4 xüsusi qatar, 80 minə yaxın avtomobildən istifadə olunacaq. Səsvermənin bütün mərhələlərinin nəticələrinə əsasən səslərin hesablanması iyunun 4-dək başa çatmalıdır. Ümumilikdə ölkədə 968,6 milyon nəfərin səsvermə hüququ var.
Pərvanə Fərhadqızı












