Hindistanın Cammu və Kəşmir əyalətində qar uçqunu nəticəsində iki nəfər ölüb.
Hindistanın Cammu və Kəşmir bölgəsində qış turizmi üçün məşhur yerlərdən biri olan Gülmarqdakı xizək kurortunda qar uçqunu olub.
QHT.az xəbər verir ki, polisdən verilən açıqlamada hadisədə 2 Polşa vətəndaşının həyatını itirdiyi bildirilib. Axtarış işlərinin davam etdiyini bildirən polis, "İndiyə qədər 19-a yaxın turist müvəffəqiyyətlə xilas edilib. Həyatını itirən 2 nəfər hüquqi prosedurların tamamlanması üçün xəstəxanaya yerləşdirilib" dedi.
Yanvarın 29-da Kargil rayonunda baş verən qar uçqunu nəticəsində 2 nəfər qar altında həyatını itirib.












