Yaşıl kometa son 50 min ildən sonra ilk dəfə Yerə yaxınlaşır. Böyük maraqla gözlənilən ulduzun fevralın 2-də Yerə ən yaxın nöqtəsində olacağı bildirilir.

QHT.az xəbər verir ki, parlaq yaşıl kometa 50.000 ildən sonra ilk dəfə Yerə yaxınlaşır. İlk dəfə 2022-ci ilin martında Yupiter ətrafında fırlanarkən təsbit edilən yaşıl kometanın fevralın 2-də Yerə ən yaxın nöqtəsində olacağı bildirilib.

C/2022 E3 (ZTF) olaraq adlandırılan ulduzun bu müddət ərzində ən parlaq vaxtda olacağı bildirildi. NASA-nın bəyanatında deyilir: "Kometlər gözlənilməzdir, lakin onlar parlamağa davam edərsə, onları görmək daha asan olacaq". Qaranlıq səmada adi gözlə görmək mümkündür.

Səbirsizliklə gözlənilən ulduzun Günəşə ən yaxın keçidini yanvarın 12-də etdiyi qeydə alınıb.