27 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association tərəfindən “Heydər Əliyev İli” və “Vəkil Günü”nə həsr olunmuş tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə vəkilliyə namizədlərin andiçmə mərasimi, vəkillik institutunun inkişafına dəstək göstərmiş qurumların və şəxslərin, habelə fəaliyyətlərində fərqlənən vəkillərin təltifetmə mərasimi keçirilib. Hüquq və İnsan Haqları İnstitutu Vəkillər Kollegiyası ilə səmərəli əməkdaşlığa görə təltif edilib.

 

Pərvanə Fərhadqızı