Naxçıvan Mediasiya Təşkilatının Orta İxtisas Polis Məktəbində pedaqoji və kursant heyəti ilə növbəti görüşü keçirilib.

QHT.az xəbər verir ki, görüşdə Naxçıvan Mediasiya Təşkilatının rəhbəri Yusif Həsənov çıxış edərək Naxçıvan Mediasiya Təşkilatının 2023-cü ildə gördüyü işlər haqqında, həmçinin 15 dekabr tarixində İsmayıllı rayonunun Basqal kəndində keçirilən Mediasiya Şurasının Ümumi Yığıncağı haqqında məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Sonda tədrisdə fərqlənən pedaqoji kollektivin nümayəndələri və kursantlar Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov adından diplomlarla təltif edilib.

 

Pərvanə Fərhadqızı