İctimai siyasət araşdırmaçılarının istifadəsi üçün yeni bələdçi kitabçasını təqdim edirik.
QHT.az xəbər verir ki, kitabça ictimai siyasət anlayışını izah edir, siyasətin hazırlanması prosesinin mərhələləri və burada vətəndaşcəmiyyəti təşkilatlarının iştirakı haqda ətraflı məlumat verir. Məqsəd dayanıqlı inkişafa yönəlik siyasətlərin hazırlanması prosesində VCT-lərin iştirakını artırmağa dəstək olmaqdır.
Kitabça Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində ərsəyə gəlib və ictimai siyasət üzrə tələbə, müəllim və digər tədqiqatçı şəxslərin istifadəsi üçün uyğundur.
Buradan yükləyin: https://shorturl.at/hU269












