Hüquq və İnsan Haqları İnstitutu elan etdiyi viktorinanın qalibləri ilə görüş keçirilib.
QHT.az xəbər verir ki, görüşə İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədov, Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasiyev və digər əməkdaşlar qatılıblar. Ü.Məmmədov xüsusi fəallığına görə fərqlənən gəncləri təbrik edib, onların İnstitutun Facebook səhifəsinə göstərdikləri diqqəti təqdirəlayiq hesab edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İ. Ağasiyev qalibləri salamlayaraq onlarla tanış olmaqdan məmnunluğunu bildirib və gənclərin sosial şəbəkələr üzərindən viktorinaya operativ reaksiya verməsinin sevindirici hal olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, qalib gələn 4 fəal gənc Cazid Əlizadə, Emin Qurbanlı, Gültəkin Hacılı və Nəzrin Musazadə “Təşəkkürnamə”yə layiq görülüb və İnstitutun ən maraqlı nəşrləri olan kitablarla mükafatlandırılıblar.
Pərvanə Fərhadqızı












