Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində olub.
QHT.az xəbər verir ki, UNEC Şəhidlərini ehtiramla andıqdan sonra "UNEC Rəqəmsal Mətbəə"nin, "UNEC Karyera Mərkəzi"nin, "UNEC İmtahan Mərkəzi"nin və "UNEC Müzakirə Zal"ının açılışı olu. Sonda nazir Emin Əmrullayev UNEC rəhbər heyəti ilə görüşüb, iki saatdan artıq müddətdə ali təhsilin aktual məsələlərinə dair səmimi və açıq müzakirə aparılıb.

Nazir İmtahan zalına da baxış keçirib. Qeyd olunub ki, zalda 200 nəfərin eyni anda imtahan verməsi üçün bütün şərait yaradılıb. Emin Əmrullayev yenilənmiş və müasir texnologiyalarla təchiz olunmuş Karyera Mərkəzi ilə də tanış olub. Nazirə məlumat verilib ki, mərkəzdə korporativ təlimlərin keçirilməsi, dövlət və özəl sektorların nümayəndələri ilə görüşlərin təşkili, karyera ilə bağlı müzakirələrin aparılması üçün geniş imkanlar mövcuddur. Sonra müasir tələblərə cavab verən yeni Müzakirə zalında nazir Emin Əmrullayev, rektor Ədalət Muradov, prorektorlar, dekanlar və müvafiq struktur rəhbərlərinin iştirakı ilə ali təhsilin aktual məsələləri ilə bağlı geniş müzakirələr aparılıb.

Universitetin rektoru Ədalət Muradov müzakirədə qaldırılan məsələlərə aydınlıq gətirdiyinə, UNEC-ə ayırdığı diqqətə və verdiyi qiymətə görə Elm və təhsil naziri Emin Əmrullayevə UNEC və öz adından təşəkkür edib.

 

Pərvanə Fərhadqızı