USAİD-in maliyyə FHİ 360, Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz, MG Consulting MMC-nin təşkilatçılığı ilə “Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzi regionlarda “İctimai İştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun icrasının monitorinqi və təşviq edilməsi məqsədilə ictimai vəkillik kampaniyasının aparılması” adlı layıhə çərçivəsində Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzində karantin qaydalarına əməl etməklə fokus qrupu üçün təlim keçirilmışdir.
Fokus qrupunda Şirvan şəhəri, Sabirabad və Saatlı rayonlarından (hər rayondan 3 nəfər olmaqla cəmi 9 nəfər) aktiv vətəndaşlar təmsil olunurdular. Qrupda sorğuların nəticələri müzakirə olundu. Sonra qrup üzvlərinə İctimai vəkillik (advokasi), “İctimai İştirakçılıq Haqqında” Azərbaycan Respublikasının Qanunu, İctimai Şuralar və onların fəaliyyəti barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, fokus qrupu üzvləri növbəti mərhələdə İctimai Vəkillik fəaliyyətlərini yerinə yetirəcəklər.












