Salyan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın yeni ildə ilk iclası olub.

QHT.az xəbər verir ki, Salyan rayon icra hakimiyyətinin iclas zalında keçirilən tədbirdə RİH başçısı Sevindik Hətəmov İştirak edib. Rayon rəhbəri son dövrlər ölkəmizin ictimai siyasi həyatında baş verən ən önəmli hadisə olan növbədənkənar prezident seckiləri, həmcinin Salyanda son dövrlər aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri, həyata keçirilən sosial layhələr barədə danışıb. Qeyd edilib ki, ictimai həyatımızda vətəndaş cəmiyyətinin təmsilçiləri olan ictimai şuralar da səlahiyyətləri daxilinə fəaliyyət göstərməklə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbul edilməsində, ictimai nəzarətin təşkilində səmərəli iş aparırlar.

Salyan RİH yanında İçtimai Şuranın sədri Rüstəm Məlikov çıxış edərək ötən il şura tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib, ictimai fəalliğın yüksək olduğu qeyd edilmişdir. Bildirilib ki, şuranın mətbuatla və sosial şəbəkə  vasitələrindən istifadə etməklə nəzarətin ictimailəşdirilməsi, məlumatlandırma və təşviqetmə sahəsində müsbət təcrübə toplanıb.

Şura üzvlərindən Allahverdi Piriyev, Məhəmməd Ağayev, Arif Əskərov  çıxış edərək insanlarla görüşlər zamanı qaldırılan problemlər, müraciətlər, arzu və təkliflər barədə danışıblar. Sonda RİH başcısı S.Hətəmov tərəfindən şuranın işinə yekun vurulub, yeni dövrün tələblərindən irəli gələn ictimai təşəbbüslərin reallaşması üçün fəaliyyətin müxtəlif formalarından daha  səmərəli istifadə etmək barədə müzakirələr aparılıb.