Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırılan və Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Kəndli qadınların sahibkarlıq təşəbbüsünə dəstək” layihəsi çərçivəsində təlimlərə start verilib.

Bu barədə QHT.az-a Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə məlumat verib.

"İdeyadan biznesə təlimində biznes planın yazılması haqqında biliklər öyrədilməsi prosesinə başlanılıb. İlk növbədə maraqlı tərəflərə layihə barədə rəsmi məlumat göndərilib. Muraciətçilərdən 11 nəfər təlimə dəvət alıb."

 

Seçim zamanı iştirakçıların ideyaları və müvafiq peşə bilikləri nəzərə alınıb. Hal-hazırda keçirilən təlimdə qadınlar peşə istiqamətində bilik və bacarıqlarını sahibkarlığa çevirmək üçün mövcud imkanlardan necə istifadə edəcəklərini öyrənirlər.