“Türkiyə - Azərbaycan gənclərinin mübadilə proqramı” çərçivəsində 15-21 avqust tarixlərində ölkəmizdə olan türkiyəli gənclərin səfəri Bakı Gənclər Mərkəzinin fəaliyyəti və Heydər Əliyev Mərkəzində yerləşən muzey və sərgilərlə tanışlıqla başa çatıb.
QHT.az xəbər verir ki, proqram “Regional İnkişaf” İctimai Birliyi və Türkiyənin Gənclər və İdman Nazirliyinin əməkdaşlığı əsasında iki qardaş ölkənin gəncləri arasında əlaqələrin genişləndirilməsi, könüllüllük sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması, eyni zamanda gələcəkdə birgə layihə təşəbbüslərinin icrası məqsədilə həyata keçirilib.
Pərvanə Fərhadqızı












