Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanla arasında mayın ikinci yarısında baş tutmalı olan növbəti görüş böyük ehtimalla Vaşinqtonda keçiriləcək.
QHT. az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Past” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
“Vaşinqton platformasında danışıqların gələcəyi ilə bağlı tərəflərin yanaşmaları üst-üstə düşür. Görüşün təşəbbüskarı öz hərəkətlərində və problemə yanaşmalarında nəzərəçarpacaq dərəcədə fəal olan ABŞ-ın dövlət katibi Entoni Blinkendir”, - məlumatda deyilib.
Qeyd olunur ki, Avropa dairələri də görüş üçün fəallıq göstərir:
“Avropa Şurasının rəhbəri Şarl Mişel bu yaxınlarda Paşinyan və Əliyevlə iki ölkə arasındakı münasibətlər və danışıqlar prosesinin vəziyyəti ilə bağlı bir neçə telefon danışığı aparıb. Avropalılar qarşıdan gələn Ermənistan-Azərbaycan sammitinin onların himayəsi altında - yaxın həftələrdə Brüsseldə keçirilməsi üçün əllərindən gələni edirlər”.












