Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

 

QHT. ax  Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

 

Məlumata görə, Çavuşoğlu Azərbaycan - Ermənistan sərhədində baş verən qarşıdurmada Azərbaycan Ordusunun 3 əsgərinin şəhid olması ilə bağlı başsağlığını bildirib.

 

Nazir, həmçinin Türkiyə və türk xalqının Azərbaycanı tam dəstəklədiyini vurğulayıb.