İndoneziyanın şərqindəki Papua əyalətində 5,1 bal gücündə zəlzələ nəticəsində 4 nəfər ölüb.
QHT.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Papuanın şimal sahilindəki Cayapurada 5,1 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb. 22 kilometr dərinlikdə baş verən zəlzələdə "üzən restoran"ın dənizə aşması nəticəsində 4 nəfər ölüb.
Milli Fəlakət İdarəsi Agentliyinin (BNPB) sözçüsü Əbdül Muhari həyatını itirənlərin cəsədlərinin "üzən restoran"ın altında qaldıqları yerdən çıxarıldığını açıqlayıb. Muhari bölgədəki bəzi binalara və səhiyyə ocaqlarına ziyan dəydiyini də bildirib.












