Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyi regionlarda insan alverinə qarşı mübarizə tədbirlərin genişləndirməkdə davam edir.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunan layihə çərçivəsində Quba, Qusar və Şabran rayonlarının mərkəzdən uzaqda yerləşən qəsəbə və kəndlərində insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirmə işləri həyata keçirilir.

“Mərkəzdən ucqarlara-məişət zorakılığı, erkən nigahlar və potensial insan alveri qurbanları barəsində maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrası davam etdirilir. Layihə üzrə aidiyyəti qurumlarla əməkdaşlıqlar edilir, müvafiq müqavilələr bağlanılıb. Layihəyə çoxsaylı vətəndaşlar cəlb edilib.  

Pərvanə Fərhadqızı