Layihə əsaslı dərs şagirdi yorur, müəllimi dincəldir. Nəticədə isə şagird dərsə daha çox cəlb olunur, daha çox öyrənir, nadincliyə fürsət tapa bilmir, heç ağlına belə gəlmir.
Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov QHT.az-a açıqlamasında bildirib ki, “Layihə əsaslı dərs” zamanı tərəfindən təqdim olunacaq bütöv bir dərs nümunəsi ilə tanış olacaqsınız. Həmçinin iş vərəqləri əldə edəcəksiniz, iş üsullarını öyrənəksiniz, fərqli fənlər üzərindən layihə əsaslı dərs tapşırıqları və fəaliyyətlər hazırlayacaqsınız. 3 saatlıq təlim 30 iyul, 18:00-da baş tutacaq.

 

Pərvanə Fərhadqızı