Reqionlarda müasir bioloji təmizlənmə qurğularının qurulması, kənd yerlərində septik sistemlərin standartlara uyğunlaşdırılması və nəzarət mexanizimlərinin gücləndirilməsi də su mənbələrinin qorunmasında əsas addımlardandır.
Bunu “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a bildirib. Onun sözlərinə görə, yeraltı sular bir çox reqion üçün alternativ və strateji su mənbəyidir. Lakin nəzarətsiz istifadə və qanunsuz artezan quyuları bu ehtiyatların tükənməsinə səbəb olur. Yeraltı suların monitorinqi,su bərpa zonalarının qorunması və istifadənin normativ əsaslarla tənzimlənməsi uzunmüddətli su təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir:
"Suya qənaət vərdişlərinin formalaşdırılması üçün reqionlarda maarifləndirici təlimlərin keçirilməsi, məktəblərdə su mövzusu ilə bağlı tədrisi və yerli icmalarda qərarvermə proseslərinə cəlb edilməsi davamlı nəticələr üçün vacibdir. Qlobal su qıtlığı fonunda reqionlar üçün qabaqlayıcı ekoloji tədbirlər yalnız ətraf mühitin deyil, həm də sosial-iqtisadi sabitliyin qorunmasına xidmət edir. Su ehtiyatlarının səmərəli idarə olunması, kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqi, ekosistemlərin bərpası və ictimai iştirakın gücləndirilməsi reqionların iqlim dəyişikliklərinə davamlılığını artırır. Bu istiqamətdə atılan hər bir addım gələcək nəsillər üçün təhlükəsizliyinin təmin olunmasına mühüm töhvə verəcəkdir"
Pərvanə Fərhadqızı












