İranda 28 dekabrdan bəri davam edən etirazlar zamanı ölənlərin sayı artmaqda davam edir və ən azı 646 nəfərin həyatını itirdiyi bildirilir.
QHT.az xəbər verir ki, Tehran yaxınlığındakı Kəhrizak Məhkəmə Tibb Mərkəzindən yayılan görüntülərdə yüzlərlə cəsədin müəssisənin həyətində düzülməsi etirazların miqyasını ortaya qoyub. Vətəndaş cəmiyyəti təşkilatları və HRANA institutda təxminən 250 cəsədin olduğunu, ailələrin isə itkin yaxınlarını axtardığını açıqlayıb. Ölənlər arasında əsasən adi vətəndaşların olduğu, lakin təhlükəsizlik qüvvələri ilə toqquşmalarda həyatını itirənlərin də mövcudluğu qeyd edilir.
İsrail ordusu İrandakı hadisələrlə bağlı yüksək hazırlıq vəziyyətində olduğunu, lakin etirazların İranın daxili işi sayıldığını bəyan edib. Təl-Əviv vəziyyəti yaxından izlədiyini və gözlənilməz ssenarilərə hazırlaşdığını bildirib. ABŞ isə təhlükəsizlik risklərinə görə öz vətəndaşlarını İrandan dərhal çıxmağa çağırıb. HRA-nın məlumatına görə, etirazlar zamanı 10 mindən çox insan həbs olunub və aksiyalar ölkənin 187 şəhərində davam edir. ABŞ administrasiyası diplomatiyaya üstünlük verdiyini bildirsə də, hərbi və kiber variantların da gündəmdə olduğu vurğulanır.
R.İmanov












