Harvard Universitetindən amerikalı professor Klaudiya Qoldin qadınların iş qüvvəsində yeri ilə bağlı işinə görə 2023-cü il iqtisadiyyat üzrə Nobel mükafatını qazanıb.

QHT.az xəbər verir ki, İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında İqtisadiyyat üzrə Nobel mükafatının “qadınların əmək bazarına təsirinin anlaşılmasını inkişaf etdirdiyinə görə” amerikalı professor Klaudiya Qoldinə verildiyi açıqlanıb. Qoldinin “qadınların gəlir vəziyyəti və əmək bazarında iştirakı”nın çoxəsrlik tarixi ilə bağlı ilk hərtərəfli araşdırma apardığı vurğulanıb.

Açıqlamada, araşdırmanın keçmişdən bu günə qadınların işgücündə iştirakındakı dəyişikliyi, eyni zamanda, “genderlər arasında gəlir bölgüsündə ədalətsiz uçurum”un əsas səbəblərini ortaya çıxardığı bildirilib.

 

 

Pərvanə Fərhadqızı